“Türkiyə və Azərbaycanın birgə təlimləri Ermənistan və İrana qarşıdır”.
xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə müsahibəsində deyib.
“Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri Ermənistan və İrana qarşı yönəlib, həm də güc nümayiş etdirmək məqsədi daşıyır.
Dövlətimiz hərbi-siyasi vəziyyətə müvafiq qiymət verməli, silahlı qüvvələrin artırılması, hərbi təlimlərin keçirilməsi istiqamətində ciddi iş aparılmalıdır.
Regionumuzda vəziyyət kifayət qədər gərgindir. Xüsusən Ermənistan və Qarabağ ətrafında təhlükəsizlik çox kövrəkdir. Ona görə də hərbi əməliyyatlar hər an başlaya bilər”, – deyə Ohanyan bildirib. (KONKRET.az)