• 23 Noyabr 2024 07:42

Rusiya böyük hücuma hazırlaşır – NATO-dan xəbərdarlıq

Rusiya böyük hücuma hazırlaşır - NATO-dan xəbərdarlıq

 

NATO-nun baş katibi Yens Stoltenberq: “Hazırda Ukraynada müharibənin sülh yolu ilə həlli üçün heç bir şərait yoxdur, ona görə də Qərb müttəfiqləri Ukraynanı silahla təmin etməyə davam etməlidir”.

 “Financial Times”a açıqlamasında Stoltenberq qeyd edib ki, hər iki tərəf qışda qüvvələrini yenidən toplamaq və yenidən silahlandırmaq istəyəcək.

“Hazırda müharibənin dayandırılmasının diplomatik həlli üçün heç bir şərt yoxdur. Rusiya müharibənin sülh yolu ilə bitməsini istəməyə dair heç bir əlamət göstərmir”, – deyə o qeyd edib.

“Biz bu münaqişənin sülh yolu ilə həllini nə qədər çox istəsək, Ukraynaya hərbi dəstəyin göstərilməsini də bir o qədər aktual saymalıyıq”, – Stoltenberq bildirib.

NATO-nun baş katibi onu da bildirib ki, Rusiya yazda daha böyük hücuma keçmək üçün bu qış aylarında müharibəni “dondurmağa” çalışır: “İndi Ukraynanın sürətli əks-hücum cəhdləri var” deyən Stoltenberq əlavə edib ki, NATO ölkələrinin paytaxtlarında Kiyevə hansı sistemlər (silahlar) vermək istədiyimizi daima nəzərdən keçirirlər.

Amerika kəşfiyyatı qışda döyüşlərin tempinin azalacağını proqnozlaşdırır. ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynsın sözlərinə görə, həm Ukrayna, həm də Rusiya hərbçiləri qışdan sonrakı əks-hücuma hazırlaşmaq üçün yenidən təchiz olunmağa və tədarük etməyə çalışacaqlar.

Yens Stoltenberq

Birləşmiş Ştatlar həmçinin hesab edir ki, Rusiya Ukraynanı “dondurmaq” və arxa cəbhədə döyüş ruhuna təsir etmək üçün infrastruktura kritik zərbələr endirəcək.

İsrail Müdafiə Qüvvələri zabiti Yiqal Levin isə əksinə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası Silahlı Qüvvələri qarşısında mühüm üstünlüyünü – uniformalarnın olduğunu qeyd edir. Ukrayna komandanlığı bundan istifadə edərək düşməni çaşdıra bilər.

Bununla yanaşı, “The Guardian” yazır ki, hava şəraiti ilə əlaqədar olaraq cəbhə xəttinə döyüş sursatının tədarükü səngiyəcək. Skeptisizm Qərbin Ukraynaya hərbi dəstəyini sarsıtmadı. “Ramşteyn”in yeddinci iclasında hücumda “sürəti saxlamaq” üçün Ukrayna Silahlı Qüvvələrinə silah yardımı edilməsi qərara alınıb.

Pentaqonun rəhbəri Lloyd Austin hesab edir ki, qış Ukrayna ordusunun tərəfindədir, çünki o, Rusiya ordusundan daha yaxşı təchiz olunacaq və Rusiyanın təchizat xətlərini sarsıtmağa davam edəcək. Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, döyüş üçün qış şəraiti “Kiyev üçün Moskvadan qat-qat əlverişli olacaq”, ona görə də Qərb müttəfiqləri bundan yararlanmalıdırlar. (Bizimyol.info)

Tacxeber.com

Oxşar xəbərlər