Donbasda Rusiya hərbçiləri kütləvi şəkildə döyüşdən qaçdı…-3-ü aşkar edilib güllələndi…
Ukraynaya qarşı müharibəyə cəlb edilmiş rusiyalı məhkumlar cəbhədən qaçır…
Donetsk vilayətində cəbhə xəttindən qaçan rusiyalı məhbusları axtarırlar.
Bu barədə Ukrayna ordusu Baş Qərargahının səhər xülasəsində deyilir.
“Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Yasinovataya şəhərində işğalçı qoşunların bölmələrindən birinin döyüş mövqelərinə daşınması zamanı əvvəllər məhbus olmuş hərbçilər arasından 20-yə yaxın əllərində silah-sursat olan şəxs qaçıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçan 3 nəfər aşkar edilərək güllələnib. Necə deyərlər, özününkünü vur ki, özgələr də qorxsun”, – Baş Qərargahın açıqlamasında belə deyilir.
Xatırladaq ki, dünən Rusiyanın Rostov vilayətində avtomatla qaçaraq polisə atəş açan fərarini saxlayıblar. O, yerli fermada yaxalanıb. Onun “Vaqner” hərbi şirkətindən keçmiş “məhkum” olduğu ortaya çıxıb. (Moderator)