• 23 Noyabr 2024 18:20

Şokoladı bizə bu qədər sevdirən səbəblər nələrdir?

şokoladı niuə bu qədər çox sevirik
 

Nə qədər sağlam qidalansaq da, bəzən spesifik olaraq, xüsusilə də qadınların ürəyi şokolad istəyir. Hətta bəzən krizə belə girə biləcək qədər. Bəs niyə insanlar şokoladı bu qədər xoşlayır? Bunun bir neçə səbəbi var.

Qan şəkərinin aşağı olması
Yemək vaxtları arasındakı boşluqlar uzun olduğu zaman qan şəkərimiz düşür. Enerjiyə ehtiyac duyuruq. Şirin qidalar enerji səviyyəsini sürətli şəkildə qaldırdığı üçün ürəyimiz şəkərli qidalar istəyir, lakin belə vəziyyətlərdə şokolad yemək düzgün seçim deyil. Sürətli bir şəkildə yüksələn enerji, eyni sürətlə də aşağı düşəcək. Ən yaxşısı yeməklər arasında uzun boşluqlar buraxmamaq və lifli qidalar qəbul etməkdir.

Maqnezium çatışmazlığı
Əslində bir çox insanda maqnezium çatışmazlığı var və bundan özlərinin xəbəri yoxdur. Şokolad maqnezium baxımından olduqca zəngin qidadır. Nəticədə maqnezium çatışmazlığı səbəbi ilə insanların ürəyi şokolad istəyə bilir. Kiçik kvadrat parça şokoladda 41 milliqram maqnezium olur. Qadınlar gün ərzində 320 qram maqneziuma ehtiyac duyurlar. Əgər sizin də maqnezium çatışmazlığınız varsa, təbii kakaodan hazırlanmış şokoladlara üstünlük verə bilərsiniz.

Vərdiş
Hər gün mütləq şokolad və ya şokoladlı qida qəbul edirsiniz? O zaman sizdə bu artıq vərdiş halını alıb. Bu da o deməkdir ki, ehtiyacınız olduğu üçün deyil, sadəcə vərdiş halına gəlib deyə ürəyiniz şokolad istəyir. Bu vərdişdən qurtulmaq üçün sağlam qidalanmağa üstünlük verə bilərsiniz.

Mensturasiya dövrü
Araşdırmalar göstərmişdir ki, qadınların 50%-i mensturasiya dövründə şokolad istəyir. Bunun üçün hər hansı bir elmi açıqlama verilə bilməsə də, ehtimal olaraq enerjili və xoşbəxt hiss etmək üçün şokolad yeyirlər.

Şokoladın faydaları
Şokoladı niyə istədiyinizin səbəblərini bildiyinizə görə artıq sizə bir neçə yaxşı xəbərimiz var. Kakao antioksidant baxımından zəngin qidadır. Araşdırmalar göstərir ki, şokolad xolesterolu düşürür və yaddaşı gücləndirir, lakin paketlənmiş şokoladların bir çoxu bu faydalara sahib deyil. Onlar əsasən şəkərdən ibarətdir və zərəri xeyirindən çoxdur. Mütəxəssislər bildirir ki, tərkibinin 70%-i kakao olan şokoladlara üstünlük vermək olar, amma yenə də bir neçə parçadan artıq yemək məsləhət deyil.

Oxşar xəbərlər