“Avrasiya İqtisadi İttifaqının Bişkekdə keçirilən sammitində Belarus lideri Aleksandr Lukaşenkonun avtomobilində texniki problem olmayıb, o, iqamətgahın ərazisini piyada gəzməyə üstünlük verib”.
Bunu Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev jurnalistlərə bildirib.Cümə günü İttifaqa üzv ölkələrin liderlərinin iclasından əvvəl Lukaşenko onu qarşılayan Qırğızıstan prezidenti ilə əl sıxmazdan əvvəl deyib: ““Gecikməmişəm ki? “Mercedes” zəifdir, işə düşmür, piyada gəldim”.Qırğızıstan prezidentinin mətbuat katibi isə bildirib ki, avtomobil Lukaşenkonu hazır vəziyyətdə gözləyirdi, Belarus lideri isə sadəcə olaraq iqamətgahdakı evdən sammitin keçirildiyi binaya qədər piyada getməyə qərar verib.
“Avtomobildə heç bir texniki nasazlıq olmayıb. Müvafiq xidmətlər əvvəlcədən bu kimi məsələlər üzərində işləyir”, – Sultanbayev vurğulayıb. (Modern)