R.Vardanyan artıq 4-cü aydır ki, Qarabağda qeyri-qanuni ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğuldur…
Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri”, eyni zamanda “mülki müdafiə rəisi” sayılan Ruben Vardanyan “Qarabağın mülki müdafiəsi ilə” bağlı müşavirə keçirib.
Putinin milyarder “desantı” kriminal xuntanın “mülki müdafiə”yə cavabdeh olan məmurlarının iştirakıyla keçirilən iclasda “əhalinin mülki müdafiəsi”nin və bu mövzuda “mütəmadi təlimlər keçirilməsi”nin vacibliyini vurğulayıb.
Xatırladaq ki, guya Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycan torpaqlarına gəlmiş R.Vardanyan artıq 4-cü aydır ki, Qarabağda qeyri-qanuni ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğuldur. Noyabrın 4-dən Moskvanın göstərişi ilə “dövlət naziri” təyin olunmuş hayk milyarderin adı həmçinin “sülhməramlı”ların komandanı A.Volkovla birgə Qarabağdakı qızıl mədənlərinin talanmasında da hallanır… (Moderator)