• 23 Noyabr 2024 05:02

Hafiz Hacıyev Bəxtiyar Hacıyevin həbsindən danışdı: “Çox şeylər bilirəm, amma qohumdur…”

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu, ictimai fəal Bəxtiyar Hacıyevin həbsinin siyasi sifariş olması barədə iddialara münasibət bildirib.

H.Hacıyev Pravda.az-a açıqlamasında deyib ki, bu məsələlərə qarışmaq istəmir.

“Allah qapısını açsın. Düzgün mövqe deyil, düzgün yol seçməyiblər. Hər halda Azərbaycan dövlətinin bugünkü vəziyyətində hamı bir az səbirli olmalıdır. Hər iki tərəf səbirli olmalıdır. Təkcə bunu deyə bilərəm. Çox şeylər bilirəm, amma Bəxtiyar Hacıyev qohum olduğuna görə heç nə deyə bilmərəm…”, – partiya sədri qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər