• 23 Noyabr 2024 05:07

SENSASİYA! Rusiya İranla razılığa gəlir – Müharibənin miqyası böyüyür

 

ABŞ Rusiya və İranın “tam müdafiə ortaqlığına” doğru irəlilədiyini iddia edir. Belə bir tərəfdaşlıq müharibənin miqyasını genişləndirə bilər…

ABŞ iddia edir ki, Rusiya və İran Ukraynaya qarşı müharibədə Moskvaya kömək məqsədilə tamhüquqlu müdafiə tərəfdaşlığı qurublar.

Musavat.com BBC-ə istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi Rusiyanın öz ordusunu pilotsuz təyyarələr və raketlərlə təmin etmək üçün yenidən İranla əlaqə saxladığını bildirib.

“Rusiya Tehrana görünməmiş hərbi-texniki dəstək vəd edir, İranla münasibətlərini tamhüquqlu müdafiə tərəfdaşlığına çevirir. Hesab edirəm ki, bu tərəfdaşlığın təkcə Ukrayna üçün deyil, həm də İranın bölgədəki qonşuları üçün təhlükə yaratdığını açıq şəkildə bildirmək vacibdir” – Kirbi deyib.

Ağ Ev rəsmisi qeyd edib ki, Rusiya İranla silahların inkişafı və ticarəti kimi sahələrdə əməkdaşlıq etmək istəyir:

“Bu əməkdaşlığın bir hissəsi olaraq biz Rusiyanın İrana qabaqcıl hərbi texnikalar vermək niyyətindən narahatıq”.

Rusiyaya yeni silahların satışı ilə bağlı narahatlıqlar İranın yayda Rusiyaya yüzlərlə PUA satmasından sonra yaranıb.

Qeyd edək ki, Bayden administrasiyası bu yaxınlarda Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya PUA-ların təhvil verilməsində iştirak edən İran firmalarına qarşı sanksiyalar tətbiq edib.

Tacxeber.com

Oxşar xəbərlər