• 20 Sentyabr 2024 06:50

Makronla Sunak matça görə “atışdı”

 

Fransa və İngiltərə arasında futbol qarşıdurması ölkə rəhbərlərinin də “qarşıdurması”na səbəb olub.

Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında Böyük Britaniya Baş naziri Rişi Sunaka müraciətində yazıb:

“Bugünkü görüşü səbirsizliklə gözləyirəm. Fransa qalib gəlsə, yarımfinalda bizə uğurlar arzulayacaqsınız?”

Sunakın cavabı özünü çox gözlətməyib:

“Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağam. Amma biz razılaşdıq. Gözləyirəm ki, növbəti mərhələdə İngiltərəni dəstəkləyəcəksiniz”.

Qeyd edək ki, hazırda davam edən matçda ilk hissə oynanılır və Fransa 1-0 öndədir. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər