İranda 4,7 bal gücündə zəlzələ olub Hadisə 11 Dekabr 2022 14:26 130 İranın qərbində 4,7 bal gücündə zəlzələ baş verib. Tacxeber.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 111 min insanın yaşadığı Mesdjede-Soleiman şəhərindən 87 km cənub-qərbdə, 57 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Tacxeber.com