• 23 Noyabr 2024 08:39

Gürcüstan daha bir Kreml düşmənini ölkəyə buraxmadı

 

“Xolost” nəşrinin podkastinq (Podkast- rəqəmsal) media faylları (audio və ya video) redaktoru Aleksey Ponomaryova Gürcüstana giriş qadağan edilib.

Tacxəbər xarici agentliklərə istinadən xəbər verir ki, jurnalist Latviyadan Gürcüstana qayıdırmış. Tiflis hava limanında sərhəd xidmətinin zabitləri Ponomaryovu sərhəddə təxminən yarım saat saxlayıblar. Bundan sonra ona “başqa səbəblərə görə” ölkəyə buraxılmaması barədə sənəd verilib. Sonradan dissident jurnalisti yenidən Riqaya gedən təyyarəyə mindiriblər.

Maraqlıdır ki, jurnalist özü son bir neçə ay ərzində Tiflisdə yaşayıb və hətta orada mənzil də kirayələyib.

Qeyd edək ki, bu ilin iyun ayında gürcü sərhədçiləri “Pussy Riot” qrupunun üzvü, Kreml müxalifi Olqa Borisovanın ölkəyə girişinə icazə verməyiblər, sentyabrda isə analoji vəziyyət “Nujna pomoş” fonsunun və “Takie Dela” internet saytının təsisçisi Mitya Aleşkovski ilə də baş verib. Hər iki halda da imtinanın səbəbi açıqlanmayıb.

Halbuki, Ukraynada müharibə başlayandan sonra müxtəlif hesablamalara görə, on minlərlə Rusiya vətəndaşı Gürcüstana təşrif buyurub. Gürcüstan, ilk növbədə coğrafi yaxınlığına və ruslar üçün vizasız rejiminə görə, Rusiya hakimiyyətinin qərarları ilə razılaşmayanlar üçün ən cəlbedici yerlərdən birinə çevrilib. (musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər