Hikmət Hacıyev və diplomatların Zəngilan məktəbliləri ilə səmimi söhbəti – VİDEO


Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər dekabrın 10-da Azərbaycanın işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.
Səfər zamanı xarici diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev müşayiət edib.