• 23 Noyabr 2024 06:14

Türkiyə və Azərbaycanın səmimi yanaşmasına… – Çavuşoğludan mesaj

 

Türkiyənin Xarici işlər naziri Çavuşoğlu Türkmənistanda imzalanan sazişlərdən sonra mətbuata açıqlama verib.

Tacxeber.com xəbər verir ki, jurnalistlərə açıqlama verən Çavuşoğlu bildirib:
“Biz, etimad yaradan addımlar üçün jestlər etdik. Bundan sonra hər kəsin addım atması lazımdır. Ermənistan da səmimi addım atmalıdır. Onlar da Türkiyə və Azərbaycanın səmimi yanaşmasına səmimi cavab verməlidirlər. Və burada hara baxmağın fərqi yoxdur. İstər Şərqə, istər Qərbə baxsın, başqalarından kömək ummağa ehtiyac yoxdur. Burada, Cənubi Qafqaz ölkələri olaraq öz sülh və sabitliyimiz üçün konkret addımlar atmalıyıq. Kənardan – nə Şərqdən, nə də Qərbdən heç kim faydalana bilməz”.

Çavuşoğlu Azərbaycanla müttəfiqlik münasibətlərindən də danışıb:

“Biz onsuz da müttəfiq idik, lakin Şuşa bəyannaməsi ilə rəsmi müttəfiq olduq. Ona görə də iki müttəfiq ölkənin öz aralarında təlimlər keçirməsi, əməkdaşlıq etməsi və birgə təlim proqramları keçirməsi tamamilə təbiidir. Bu, heç bir ölkə və ya dövlət üçün təhlükə deyil. Bu, iki müttəfiq və qardaş ölkə arasında həmrəylikdir. Ona görə də belə təlimlər, ortaq təlim fəaliyyətləri, müdafiə sənayesi, iqtisadiyyat sahələrində əməkdaşlığımız daha da güclənəcək”.

Tacxeber.com

Oxşar xəbərlər