• 23 Noyabr 2024 04:16

Saakaşvili yenidən aclıq elan etdi

Saakaşvili yenidən aclıq elan etdi

 

Mixail Saakaşvili videobağlantı vasitəsilə məhkəmə iclasına qoşulacağına dair zəmanət alana qədər yenidən aclıq aksiyasına başladığını bəyan edib.

Tacxeber.com “Novosti-Georgia”ya istinadla xəbər verir ki, Saakaşvilinin məktubunu vəkil Şalva Xaçapuridze jurnalistlərə oxuyub.

Məktubda deyilir: “Hazırkı səhhətimi nəzərə alaraq bütün risklərdən xəbərdaram, lakin ən azı video rabitəni təmin etmək üçün möhkəm zəmanət alana qədər ac qalacağam”.

Saakaşvili bəyan edir ki, hər cür rişxənd və təhqirin həddi var: “Bu gün mənə ən elementar olanı rədd etdilər: öz məhkəməmdə iştirak etmək hüququm. Bu, bütün gürcü və beynəlxalq normaların pozulmasıdır, ona görə də mən etirazın ifrat formasına – aclıq aksiyasına əl atmağa məcburam”.

Tbilisi şəhər məhkəməsi Mixail Saakaşvilinin səhhətinə görə cəzasının təxirə salınması və azadlığa buraxılması ilə bağlı vəkillərin vəsatəti üzrə prosesə başlamalı idi.

Keçən həftə hakim Saakaşvilinin məhkəmədə uzaqdan iştirakını təşkil etmək üçün vaxt verdiyi üçün iclas təxirə salınmışdı. Bu gün Penitensiar Xidmətdən bildiriblər ki, bu, texniki səbəblərdən mümkün deyil.

Hakim iclası dekabrın 22-nə təyin edib.

Saakaşvili artıq iki dəfə aclıq aksiyası keçirib: birincisi ötən il oktyabrın 1-də həbs edildiyi andan 2021-ci il noyabrın 20-dək 50 gün, ikincisi isə 20 gün, bu il martın 21-dən 10-dək aclıq aksiyası keçirib.

Tacxeber.com

Oxşar xəbərlər