• 23 Noyabr 2024 06:15

Rusların ekoloqlara qadağasının şok səbəbi – “Mədənlərdə 3 min azərbaycanlı dəfn edilib”

 

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Bakupost.az -ın suallarını cavablandırıb. 

Həmin müsahibəni təqdim edirik:

– Fazil bəy, artıq 3 gündür Laçın yolunda ictimai fəallar, QHT təmsilçiləri və könüllülərin aksiyası davam edir. Siz bu aksiyanı necə dəyərləndirərdiniz?

– Bu məsələ bilavasitə ekoloji terrora qarşı Azərbaycanın ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının dirənişidir. Bu aksiyalara da elə Rusiyalı sülhməramlılarının öz missiyasından kənar hərəkətləri səbəb oldu. Onlar Azərbaycanın dövlət orqanlarının təmsilçilərini ekoloji terrorun qarşısını almaq üçün əraziyə buraxmadılar. Orada süni şəkildə etiraz aksiyaları təşkil etdilər. Nəticədə Azərbaycan öz ərazisində baş verən proseslərə müdaxilə imkanı əldə edə bilmədi. Ona görə də cəmiyyət bu proseslərə qarışdı və nəticədə azərbaycanlılar Laçın yolunda etiraz aksiyası keçirdilər.

Hər hansı beynəlxalq təzyiq bizə geri çəkilməyə vadar edə bilməz. Ərazi bizim ərazimizdirsə, biz orada qayda-qanun yaratmağın yolunu bilirik. Bu, sülhsevər, barışcıl yoldur və vəhşi erməni terrorçularına qarşı sərt mövqeyimizi davam etdirəcəyik.

– Ermənistan mətbuatı hələ ekoloqların əraziyə monitorinq üçün keçmək istədiyi gündən azərbaycanlıların guya Qarabağ ermənilərini sıxışdırdığından, hansısa soyqırımından, humanitar fəlakətdən dəm vurur. Bəs, əslində vəziyyət necədir? 

– Onlara məsələni bu cür anlamaq sərf edir. Əslində isə yol azərbaycanlılar tərəfindən deyil, məhz sülhməramlılar tərəfindən bağlanıb. Rusiya sülhməramlılarının rəhbəri ora gəlib vətəndaşların tələbinə cavab vermirsə, bu vəziyyət aksiyaçıların haqlı olaraq mübarizəni axıra qədər davam etdirməsi zərurətini yaradır. Ermənistan tərəfi proseslərə birbaşa təxribatçı mövqedən yanaşır.

– Bəli, hətta bunu Azərbaycanın yaratdığıhumanitar fəlakət kimi təqdim edirlər. Hətta separatçıların “dövlət naziri” Ruben Vardanyan bir neçə gündür beynəlxalq aləmə azərbaycanlıların soyqrım törətməyə hazırlaşdığını car çəkir. Bu vəziyyət beynəlxalq aləmdə bizim əleyhimizə çevrilə bilərmi? 

– Orda məskunlaşan Ruben Vardanyan adlı sərsəri özünü süni şəkildə yaratdıqları qondarma qurumun rəhbəri kimi göstərərək, yalan təbliğat aparır. Amma bu təbliğatın heç bir effekti olmayacaq. Tezliklə dünya ictimaiyyəti də görəcək ki, ermənilər həqiqətən də kompromisə gəlməyə, məsələlərin sülh yolu ilə həll olunması siyasətinə qarşıdırlar. Bu baxımdan da düşünürəm ki, Vardanyanın açıqlamları heç bir nəticə verməyəcək. Onsuz da onlar 30 ildən çoxdur ki, bu təbliğatı aparırlar. Azərbaycan tərəfi öz addımları ilə bunların baş verməməsini torpaqları işğaldan azad edərək təmin etdi. Onlar soyqrımı sözünü çox sevirlər və ona görə də bu ifadəni tez-tez işlədirlər. Amma o qədər anormaldırlar ki, dinc əhalinin hərh ansı şəkildə onlara soyqrım edəcəyi barədə illuziyalarını dünya gündəminə çıxartmağa çalışırlar. Halbuki həmin ərazilərdə soyqrımı özləri həyata keçiriblər.

– Bəs, indiki məqamda sülhməramlıların separatçılara dəstəyinin, məsələlərə birtərəfli münasibətinin səbəbləri nədir? 

– Rusiya sülhməramlı missiyasının artıq nə qədər çirkin məqsədə xidmətə etdiyi aydın görünməkdədir. Əslində onlar orda balans yaratmalı və sülhün bərqərar olmasını təmin etməli idilər. Amma olmadı. Açıq-aydın ermənilərə dəstək verirlər. Azərbaycanlı ekoloqların həmin ərazilərə buraxılmamasının çox ciddi bir səbəbi var. Əslində həmin ərazilərdəki mədənlərdə kütləvi məzarlıqların olduğu ehtimalı var. Ermənilərin orda 3 mindən artıq azərbaycanlını qətlə yetirərək dəfn etdiyi ilə bağlı versiyalar mövcuddur. Çünki itkin düşən həmin 3 min insanın taleyi ilə bağlı hələ də məlumat əldə edə bilməmişik. Bu baxımından da bu proseslər davam edəcək. Azərbaycan ictimaiyyəti ekoloqların QHT-nın dinc aksiyalarını dəstəkləyir və ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan öz ərazisində tam suverenliyini bərpa edəcək.

Tacxeber.com

Oxşar xəbərlər