İran mediası və Tehran rejiminə tabe media orqanları jurnalistlərin, eləcə də ekofəalların Laçın dəhlizindəki aksiyasını təhrif edirlər.
Tacxeber.com xəbər verir ki, Tehran rejiminin ideoloji təbliğat vasitələri olan media orqanları Azərbaycan hərbçilərinin “jurnalist” və “ekofəal” adı altında Xankəndi yoluna göndərildiyi ilə bağlı yalan məlumatlar yayır.
Qeyd edək ki, Şuşa-Laçın yolunda aksiya keçirən QHT fəalları və jurnalistlərin böyük əksəriyyəti illərdir cəmiyyətdə tanınan şəxslərdir və onların “hərbçi” olduğunu yalnız İran mediası yaza bilər.
Yeri gəlmişkən, bu gün erməni sosial şəbəkə istifadəçiləri və mediası da tanınmış jurnalist və ekspertlər Elməddin Muradlı və Niyaz Niftiyevi “xüsusi təyinatlı qüvvələrin əsgərləri” kimi təqdim etmişdi.