• 23 Noyabr 2024 05:07

11-ci sinif şagirdi özünü niyə öldürdü? – TƏFƏRRÜAT

 

Ötən gün Xırdalan şəhəri 10 saylı tam orta məktəbin 11-ci sinif şagirdi İlqar Əlizadənin yaşadığı binanın 11-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyması ilə bağlı bəzi detallar məlum olub.

Tac xəbər “modern.az”-a istinadən xəbər verir ki, 17 yaşlı İlqar Əlizadə ailədaxili problemlər səbəbindən intihar edib.

Yaxınlarının bildirdiyinə görə, İlqar Əlizadənin atası hər gün anasına qarşı şiddət göstərirmiş. İlqar bunu qəbul etmədiyi, ailədaxili münaqişələrə dözmədiyi üçün psixoloji sarsıntı keçirib, depressiv olub. Nəticədə atasının hərəkətlərindən bezən məktəbli canına qəsd etmək qərarına gəlib.

Yoldaşlarının bildirdiyinə görə, 11-ci sinifdə oxuyan İlqar dərs əlaçısı, nümunəvi şagird olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər