Gündəlik içdiyimiz qara çayın bir çox faydalı xüsusiyyətləri var. Lakin bəzən adi çayın yerinə ot çayları içmək də çox yaxşı olardı.
Ot çaylarını hazırladıqda müəyyən qaydalara riayət edin:
– Çayı axşamdan termosda dəmləyin, növbəti gün için.
– 1 x.q. ot üçün 1 stəkan isti (çox qaynar yox!) su götürülür. Ədviyyatlardan istifadə etdikdə 1 stəkan su üçün çay qaşığının 1/3 hissəsi ədviyyat götürülür.
– Növbəti gün çayı yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla 2-3 dəfə için. Çaya bal, limon da əlavə edə bilərsiniz.