Böyük Britaniyada streptokok infeksiyasından ölən uşaqların sayı 19-a çatıb.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
2022-ci ildə infeksiya ümumilikdə 111 nəfər olmaqla bir yaşdan dörd yaşa qədər olan uşaqlar arasında yayılıb. 2017-2018-ci illərdə bu yaş qrupunda 194 belə hal olub. Bu il Britaniyada bütün yaş qrupları üzrə 74 ölüm hadisəsi baş verib.
Agentliyin mütəxəssisləri vəziyyətdən çıxış yolunu koronavirus zamanı tətbiq edilən və orqanizmin ümumi toxunulmazlığını zəiflədə bilən karantində görür.
İnfeksiyanın ilk əlamətləri boğaz və əzələ ağrısı, qızdırmadır, buna görə də infeksiyanı soyuqdəymə ilə qarışdırmaq asandır. Həkimlər uşaqların vəziyyətini izləməyi və ilk simptomlarda tibbi yardım almağı məsləhət görürlər.