• 23 Noyabr 2024 03:09

“Borel kimdir ki, Rusiya-Türkiyə münasibətlərini dəyərləndirsin?” – Ərdoğan

"Borel kimdir ki, Rusiya-Türkiyə münasibətlərini dəyərləndirsin?" - Ərdoğan

“Moskva ilə Ankara arasında münasibətləri həll edən Avropa blokunun diplomatiya rəhbəri deyil”.

Tacxəbər “Unikal”-a istinadən  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cozef Borelin Rusiyaya qarşı sanksiyalara qoşulmaq çağırışına cavab verib .

“Mən Boreli həmsöhbət kimi görmürəm. Bizim Mövlud bəy onunla ünsiyyət səviyyəsində ola bilir. Bəyanat sevimli deyil. Borel Rusiya ilə münasibətlərimizi müəyyənləşdirə və formalaşdıra bilməz. Onun bu cür qərarlar qəbul etmək üçün nə səriştəsi, nə də bacarığı var. O kimdir ki, Rusiya ilə münasibətlərimizi sanksiyalar çərçivəsində dəyərləndirsin?”, – Türkiyə prezidenti bildirib.

Türkiyə prezidentinin Avropa İttifaqının yüksək rütbəli rəsmisinə açıqlamalarına rəsmi Brüssel hələlik cavab verməyib.

Tacxeber.com

Oxşar xəbərlər