• 22 Noyabr 2024 23:16

Səhərlər yorğunluq qaraciyərin zədələndiyini göstərə bilər – Hepatoloq

Səhərlər yorğunluq qaraciyərin zədələndiyini göstərə bilər – Hepatoloq

 

Qaraciyər yuxu hormonlarının işini tənzimləyə bilmədikdə, yuxu pozulması və səhərlər yorğun oyanma baş verir.

Tacxeber.com xəbər verir ki, hepatoloq Alla Yujnova adətən insanların yuxudan yorğun oyanmanı işlərin çoxluğu ilə əlaqəndirdiyini bildirib.

“Əlbəttə günahkar, gecə gec yatmaq, gecə növbəsi, gərginlik ola bilər.

Ammma əksər hallarda bu qaraciyər toxumasının zədələnməsi ilə bağlıdır.

Qaraciyərin piylənmə problemində toxuma hüceyrələri iltihablanır və çapıqla örtülür.

Bu zaman qanda toksinlər yığılır, orqan funksiyasını normal idarə edə bilmir.

Məhz bu zama gecə yuxusu pozulur, insan gündüz yuxulu olur. Pasiyentlərin əksəriyyətində yuxudan sonra yuxululuq müşahidə edilir.

Qanda ammiak adlı maddənin çoxalması, beyinə yayılır və onda dəyişikliklər baş verir. Onlarda melatoninin pik həddi olmur.

Qaraciyərdə belə zədələnmə alkoqoldan, hepatitdən, müxtəlif dərmanlardan və qaraciyərin alkoqolsuz piylənməsində ola bilər. Ona görə də belə hallarda birinci qaraciyər yoxlanmalıdır”

Tacxeber.com

Oxşar xəbərlər