• 22 Noyabr 2024 21:51

İran Azərbaycanda bəzi din xadimlərini maliyyələşdirir – Deputat

 

“Bu gün Azərbaycanda dini fəaliyyət sahəsində aktuallıq kəsb edən məsələlərdən biri də müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır. Bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni, bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir”.

Tacxeber.com xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə çıxıı zamanı deyib.

Onun sözlərinə görə, məsələ yalnız bununla bitmir: “Azərbaycanda toplanan xüms-zəkatı ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var”.

O əlavə edib ki, əvvəlki dövrdə quru sərhədləri açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti əldə edirdilər: “İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir.

Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini qrupların maliyyələşdirilməsi mexanizmləri ciddi nəzarətdə saxlanılmalı və qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər