• 21 Sentyabr 2024 14:38

BDU-nun BU KORPUSU bağlanır – Tələbələr köçürüləcək

BDU-nun BU KORPUSU bağlanır - Tələbələr köçürüləcək

 

 

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

Tacxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq.

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.

Məsələ ilə bağlı universitetlə əlaqə saxlanılıb. Təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.

Tacxeber.com

Oxşar xəbərlər