• 23 Noyabr 2024 05:23

“Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm” – Qurban Qurbanov

 

Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Taxeber xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 54 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Mütəxəssis yenidən bu ada layiq görülməsi ilə bağlı danışıb. O deyib: “Bir il sonra sizlərin qarşısında olmaq, bu adı qoruyub-saxlamaq çox xoşdur. Burada öz fikirlərimə qulaq asıram, minimum titulu qorumaq üçün bir il heç də az əziyyət çəkmədik. Bunun bəhrəsini gördüm, ilin məşqçisi seçildim. Buradakı klipi görəndə, bu ad mənə veriləndə, daha da, məsuliyyətli və istəkli oluram. Çalışıram ki, azarkeşlərin, sizlərin inamını qoruyub-saxalayım. Buna nail ola bilirəmsə, ondan dəyərli heç nə ola bilməz. Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm. Çox çalışan məşqçilər və idarəçilərimiz var. Hansı ki, futbolumuzun daha yaxşı səviyyəyə çatmasını istəyirlər. İnanıram ki, məndən də daha yaxşıları olacaq. Öz üzərimə düşəni etməyə çalışıram. Mənə nanırlarsa, bunu layiqincə qorumağa çalışıram. Sizin fikirlərinizə çox diqqətlə qulaq asıram. Bayaq dediniz, Qurban müəllim və başqaları. Fikirlərinizə görə təşəkkür edirəm. Amma bizim çox yaxşı, bacarıqlı məşqçilərimiz var. Onlar da futbolumuza fayda verəcək. Hər birinizə öz işinizdə uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Qarabağ” son mövsümdə Qurban Qurbanovun baş məşqçiliyi altında Azərbaycan çempionatının qalibi olub, Azərbaycan kubokunu qazanıb. Bu mövsüm isə komanda Çempionlar Liqasında pley-offa qədər irəliləyib, daha sonra Avropa Liqasının qrup mərhələsində 3-cü yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsinə adlayıb.

Tacxeber.com

Oxşar xəbərlər