• 23 Noyabr 2024 00:03

Aİ Ramzan Kadırovun qızlarına QADAĞA QOYDU

 

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Tacxeber.com xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Ayşat və Karina da məhdudiyyətlərə məruz qalıblar .

Sanksiya siyahısında olan digər şəxslər kimi onların da Aİ ölkələrinə səfəri qadağan ediləcək.

Kadırovun böyük qızı, “Firdaws” moda evinin rəhbəri Aişat və onun bacısı Karina daha əvvəl ABŞ-ın qara siyahısına düşüb .

Sanksiyalar Çeçenistan rəhbərinin həyat yoldaşı Medni Kadırova və onların qızı Təbarikə qarşı da tətbiq edilib.

Ramzan Kadırovun özü də ona qarşı tətbiq edilən sanksiyaların çoxluğuna görə hətta Rusiyanın “Rekordlar Kitabı” siyahısına salınıb.

Tacxeber.com

Oxşar xəbərlər