• 23 Noyabr 2024 05:49

Finalın keçiriləcəyi Lusail: Səhradan cənnətə çevrilmiş məkan – FOTOLAR

 

Sabah – dekabrın 18-də Qətərdə keçirilən Dünya çempionatına yekun vurulacaq.

Tacxeber.com xəbər verir ki, həlledici görüşdə Argentina və Fransa milli komandaları qarşılaşacaq. Final matçı Lusail şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Sabah milyonlarla insanın diqqət mərkəzində olacaq Lusail dünyanın ən yeni şəhərlərindən biridir. 2000-ci illərin əvvəlində Qətərdəki əhali artımı sürətlə davam etdiyindən paytaxt Dohadan 25 km aralıda yeni şəhərin tikintisinə qərar verilib. Lusail adı verilən bu ərazi əvvəllər səhralıq idi.

43 milyard dollarlıq yatırım bu ərazini cənnətə çevirib. Qətər hökümətinin planı bu şəhəri post-neft dövrü üçün hazırlamaqdır. Buna görə də bütün detallar nəzərə alınıb. Qətərlilər Lusaildə Parislə Venesiyanın vəhdətini canlandırıblar. Əlavə edilən müasir çalarlar isə şəhəri həm biznes, həm istirahət mərkəzinə çevirir. Bir vaxtlar susuz səhra olan Lusail fəvvarələri və bulvarı ilə əsasən miqrantlardan ibarət əhalisini və turistlərini sərinlədir. Cəmi 50 min nəfər insanın yaşadığı Lusailin ərazisinin daha da genişləndirilməsi üçün işlər davam edir.

Bu günlərdə 80 min nəfərlik tamaşaçı tutumuna malik “Lusail” stadionu şəhərin gözbəbəyinə çevrildi. Bu arena İngiltərə futbolunun məbədi “Uembli”dən ilhamlanaraq hazırlanıb. Təsadüfi deyil ki, “Lusail”in inşası Londondakı stadionun yenidənqurulmasında iştirak edən şirkətə həvalə edilib.

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də, saat 19:00-da keçiriləcək.

Oxşar xəbərlər