Əfqanıstanın Pərvan əyalətinin Salanq aşırımında yük maşını yanıb.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, dağ tunelində baş verən hadisə nəticəsində 31 nəfər ölüb.
Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib: “Salanq tunelində baş verən yanğın yerindən azı 31 ölü, o cümlədən 37 yaralı təxliyə edilib”.