• 23 Noyabr 2024 00:26

Azərbaycanlı yazıçı Messiyə “bambılı” dedi: “Get narkotikə qurşan, Rəşad Dağlı da…”

 

“Gözlərindən zəkasızlıq fışqırır. Beyin öz hesabına daimi məzuniyyətdədir. Ayaq başa keçib özü cəhənnəm bizi də idarə və məşğul edir. Bir kəramət ki, ayaqdadır bir yana çıxası deyil”.

 

 

Bunu Azərbaycan yazıçısı Şərif Ağayar deyib. Sosial şəbəkədə məşhur futbolçu Messinin fotosunu paylaşan yazıçının həmin paylaşımını idmançını aşağılayan fikirləri müşayiət edib.

Şərif Ağayar fikirlərini belə davam etdirib:

“Ağlı topuğunda bambılı. Nadanlığın səsli-küylü abidəsi…

İnsan top oynamağa ömür həsr edər?

Ondansa get narkotikə qurşan, vallah, bir Rəşad Dağlı da bıçaqlayıb öldürsün səni. Heç olmasa bir həyat süjetinə yara.

Bu yalançı səadət nədir, bədbəxt oğlu, girib çətirinin altında belə şux dayanmısan?

Hüdudsuz axmaqlıqdır futbol. Öz şişirdilmiş şöhrəti ilə bir həyasızlıq səltənətidir. Bəşəriyyət bu gicbəsər adətinə görə utanmalıdır”.

Ş. Ağayarın bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Yazıçı bu tənqidlərə cavab verməyib.

Tacxeber.com

Oxşar xəbərlər