• 22 Noyabr 2024 23:23

Fransada qaradərili futbolçular irqçi təzyiqlərə məruz qaldı.

 

Qaradərili fransız futbolçular Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muani dünya çempionatının finalında məğlub olduqdan sonra irqçi təzyiqlərə məruz qalıblar.

Axar.az xəbər verir ki, bu barədə “Atletik” məlumat yayıb.

İstifadəçilər oyunçuların sosial şəbəkələrində təhqiredici mesajlar yazmağa başlayıb və onların postlarının altında meymun və banan şəkilləri paylaşıblar. Bundan sonra Çuameni yazılara şərh vermək imkanını məhdudlaşdırıb, Kolo-Muani isə şərhləri söndürüb. Eyni zamanda, Koman vəziyyətə heç bir reaksiya verməyib.

Qeyd edək ki, dekabrın 18-də Qətərdə keçirilən turnirin həlledici oyununda Fransa Argentinaya məğlub olub. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub – 4:2. Fransalı futbolçu Kolo-Muani əlavə vaxtda qol vurmaq imkanından yararlana bilməyib. Koman və Çuameni isə həlledici penaltilər seriyasında qeyri-dəqiq oynayıblar. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər