Məşhur TikTok servisi tam ekranlı üfüqi videoların testinə start verib.
Tacxeber.com xəbər verir ki, TikTok-da bu yeni imkanı test etmək istəyən istifadəçilər üfüqi videoların işə salınmasını mümkün edəcək yeni düyməni kvadrat və düzbucaq formatında olan videolarda görəcəklər. Tam ekranlı üfüqi videoların test edilməsi öz növbəsində TikTok-un Youtube sahəsinə daxil olmasından xəbər verir. Hələ bir neçə müddət bundan öncə TikTok-dakı videoların xronometraj göstəriciləri 10 dəqiqəyə yüksəldilmişdi. Bu addım ilə TikTok uzun videoların yaradıcılarını öz platformasına çəkmək istəyir.
Uzun videoların yaradıcıları isə əsasən Youtube-a üstünlük verirlər. Ənənəvi tam formatlı videoların dəstəklənməsi ilə TikTok bu cür videoların izlənməsini də daha rahat şəkildə reallaşdırmalı idi. Bəzən bu cür videoların əvvəllərində müəlliflər hətta izləyicilərdən smartfonu çevirməyi də xahiş edirlər. TikTok tərəfindən test edilən tam ekranlı üfüqi videolarda artıq buna ehtiyac qalmayacaq. Təbii ki, bu cür yenilik tənqidlərə də səbəb ola bilər (technite.az). Belə ki, TikTok şaquli formatlı videoların sərgilənməsi ilə məşhurluq qazanıb və videoların üfüqi formatda sərgilənməsi özəlliyi istifadəçiləri sevindirməyə bilər.