• 23 Noyabr 2024 00:09

Azərbaycanda dərman böhranı: problemin səbəbkarı tapılmır – VİDEO

Azərbaycanda dərman böhranı: problemin səbəbkarı tapılmır - VİDEO

Azərbaycan 2 il yaxındır ki, ciddi dərman problemi ilə üz-üzədir.

Səbəblər, səbəbkarlar hələ də tapılmır. Pandemiya dövründən qəhətə çəkilən dərmanların siyahısı Ukraynadakı müharibədən sonra daha da artdı.

Müxtəlif xəstəliklər üzrə lazımi dərmanlar aylarla tapılmır, xəstələr haradansa 5 manatlıq dərmanı 40 manata alır, ya da xaricdən,Türkiyədən gələnlərlə xahiş-minnətlə alır.

Bakupost.az xəbər verir ki, İTV-nin Sabaha saxlamayaq verilişində növbəti dəfə problem qabardılıb.

Azərbaycanın strateji sahəsində problemlər nə vaxta kimi davam edəcək?

Maraqlısı odur ki, ölkədə satışa icazəsi olan 13490 adda dərmandan cəmi 3500 adda dərman satış dövriyyəsindədir.

Eyni zamanda Türkiyədə, Gürcüstanda dərmanların ucuz, Azərbaycanda baha olmasının səbəbləri araşdırılıb.

Daha ətraflı videoda:

Oxşar xəbərlər