• 23 Noyabr 2024 03:55

Əfqanıstanda naməlum epidemiya yayılıb

Əfqanıstanda naməlum epidemiya yayılıb

 

Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.

Tacxeber.com xəbər verir ki, bu barədə “TOLO news” telekanalı yerli səhiyyə departamentinin rəhbərinə istinadən məlumat yayıb.

Belə ki, əyalətin şərqində yerləşən Şadjoy rayonunda gündə azı 80 nəfər xəstələnib və iki uşaq ölüb. Sözügedən xəstəliyin hansı növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxmanı göstərirlər.

Tacxeber.com

Oxşar xəbərlər