• 20 Sentyabr 2024 06:57

Vəkil: Bəxtiyar Hacıyevin səhhəti ağırlaşıb

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib. 

Bəxtiyar Hacıyevin vəkili Aqil Layıcın onun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatət təmin olunmayıb. Hacıyevin digər vəkili Şəhla Hümbətova Toplum TV-yə açıqlamasında ictimai fəalın səhhətinin ağırlaşdığını deyib.

Bəxtiyar Hacıyev barəsində dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin xuliqanlıq və məhkəməyə hörmətsizlik maddələri ilə ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər