• 25 Noyabr 2024 08:56

Emin Əmrullayev: “Əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil”

“Məşğulluğa təhsilin təsiri məsələsində baza bacarıqları və savadlılığı önəmlidir. Misal olaraq, insanın oxuyub-anlama bacarığı yoxdursa, yaxud sadə riyazi hesablamaları, təbiət elmlərində baza savadlılığı zəifdirsə, ondan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, kütləvi təhsil keyfiyyətini bağça yaşlarında baza savadlılığı səviyyəsində təmin etmək lazımdır:

“Həm peşə, həm də ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından yüksək səviyyədə gedir. Burada qısamüddətli kursların, pəşəyönümlü təlimlərin də müəyyən qədər faydası var. 6 ay müddətində müəyyən bazası olan şəxsdən xidmət sahəsində məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq olar”.

“Əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil”,- deyə nazir qeyd edib. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər