Hərbi Prokurorluq kursantın qətlini ört-basdır edir? – Video
Dövlət Sərhəd Xidməti Akademiyasının 4-cü kurs tələbəsi, 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyevin ölümü ilə bağlı müəmma davam edir. M.Nağıyevin 13 apreldə dünyasını dəyişməsinə görə Hərbi Prokurorluğun əməkdaşları araşdırmaya başlamışdılar. Aradan 8 ay ötməsinə baxmayaraq, araşdırmanın nəticəsi barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.