• 23 Noyabr 2024 09:23

Kritik qərar: “Rusiya ilə döyüşməyəcəyik, amma…”

ABŞ Prezidenti Co Bayden bu gün Ukrayna üçün “Patriot” müdafiə sistemləri də daxil olmaqla, təxminən 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Bu barədə ABŞ mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Prezident Bayden Ukrayna üçün ümumi məbləği təxminən 2 milyard dollar olan yeni böyük təhlükəsizlik yardım paketini elan edəcək. Bura çox vacib yeni silah – “Patriot” raket batareyası daxil olacaq. Üçüncü ölkələrdən birində Ukrayna hərbçilərinə “Patriot” raket batareyasından istifadə etməyi öyrədəcəyik”. – mənbə bildirib.

Məlumatda qeyd edilib ki, ABŞ Ukraynaya qoşun yeritməmək və Rusiya ilə birbaşa qarşıdurmaya getməmək qərarını dəyişməyəcək və Kiyevə ötürülən “Patriot”lar Ukrayna silahlı birləşmələrinin nəzarəti altında olacaq.  (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər