Müğənni Manaf Ağayev mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı acı xatirəsini bölüşüb.
Tacxeber.com xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində söz açıb.
Manaf Ağayev Zöhrə Abdullayeva haqda sosial şəbəkədə yazılan xoşagəlməz şərhdən bəhs edib:
“Zöhrə xanımın övladı dünyasını dəyişmişdi. Onu bir telekanalın efirdə yayımlanan verilişə çıxartmaq lazım idi. Zöhrə xanım ağlayıb dedi ki, verilişə getməyəcəyəm. Biz isə onun könlünü almaq istəyirdik ki, rədd eləməsin verilişə gəlməyi. Söylədi ki, siz heç bilirsiniz haqqımda sosial şəbəkədə nə yazıblar? Başladı ağlamağa və dedi ki, “Yaxşı oldu oğlun öldü.
Özündən çox çıxmışdın”. Bu sözləri yazan insanlardan nə gözləmək olar? Zöhrə xanımın bir övladı vardı. O da öldü. Zöhrə xanım sizə nə edib? O ağbirçək xanım idi. Kimdə işi var idi? Hamı haqda bu cür xoşagəlməz sözlər yazılır. O qədər dünyada şərəfsiz insanlar var ki… Belə şeylərə hazır olmaq lazımdır”.
Qeyd edək ki, Z.Abdullayeva ötən ilin mayında 68 yaşında sklerodermiya (xərçəngin bir növü) xəstəliyindən dünyasını dəyişib.