• 23 Noyabr 2024 03:37

“Bu gün Saakaşvili ilə bağlı baş verənlər bütün demokratik dünya üçün rüsvayçılıqdır”

 

“Gürcüstanı sovet uçurumundan çıxaran adamı həbsxanada saxlamaq ləyaqətsizlikdir…”

“Dəhşətli səslənir, amma bu doğum günü Mixailin həyatında sonuncu ola bilər…”

“Zelenski Milad bayramı ərəfəsində Gürcüstan hakimiyyətindən mərhəmət göstərilməsini xahiş edib…”

Mixail Saakaşvilinin 55 yaşının tamamında onun “Facebook” səhifəsində eks-prezidentin nikahdan kənar qızı ilə yeni videosu üzə çıxıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “kp.ua” nəşri yazıb.

– Aliska atasının doğum gününü təbrik edir, – qızı Yeni il yolkası yanında “Happy Birthday To You” mahnısını ifa edir.

Siyasətçinin sevgilisi, Ukraynanın xalq deputatı Liza Yasko Saakaşvilinin doğum günündə ingilis dilində vudeo yayaraq, izah edib ki, bu, ilk növbədə Gürcüstan auditoriyası üçün nəzərdə tutulub.

– Bu gün Mixail Sakaşvilinin doğum günüdür. Bu videopost ingilis dilindədir. Çünki, əsasən, Gürcüstan auditoriyası üçün nəzərdə tutulub. Mən foto və ya hər hansı başqa bir şey təqdim etməyəcəyəm. Çünki son zamanlar dərc edilən hər bir video, yaxud foto Mixailin ləyaqətini alçaldır. Buna tab gətirmək çox ağrılıdır. O, öz doğum günlərini o qədər də sevmir. Özü bunu mənə deyib. Ona görə də bu gün hər hansı tədbirlər yersizdir, – Liza Yasko özünün “Facebook” səhifəsində yazıb.

Lvov meri Andrey Sadovı yazıb ki, bu doğum günü Mixail Sakaşvilinin həyatında sonuncu ola bilər.

– Dəhşətli səslənir, amma bu doğum günü Mixailin həyatında sonuncu ola bilər. Bir ildən artıqdır ki, Gürcüstanın 3-cü prezidenti və Ukrayna vətəndaşı həbsdədir. Oradakı şərait haqqında biz foto və video materiallardan görürük. Onlar onun zahiri görkəmini və vəziyyətini əks etdirir. Hər şey çox pisdir, – Lvov meri özünün “Facebook” səhifəsində yazıb.

Sadovı qeyd edib ki, bu gün Sakaşvili ilə baş verənlər “bütün demokratik dünya üçün rüsvayçılıqdır”. Onun sözlərinə görə, “Gürcüstanı sovet uçurumundan çıxaran adamı həbsxanada saxlamaq ləyaqətsizlikdir”.

Doğum günün ertəsi günü, dekabrın 22 də, Tbilisi şəhər məhkəməsində Gürcüstanın sabiq prezidentinin cəzasının təxirə salınması ilə əlaqədar iş üzrə növbəti dinləmələr olacaq.

Dekabrın əvvəlində Gürcüstan KİV-ləri kəskin arıqlamış Saakaşvilinin fotoşəkilləri yayılıb. Dekabrın 18-də Liza Yasko öz müsahibəsində təsdiq edib ki, Saakaşvili demensiyadan əziyyət çəkir.

Xalq deputatının sözlərinə görə, bir il əvvəl Saakaşvilidə hafizə ilə bağlı problemlər başlayıb. O, eks-prezidentin sağlamlıq vəziyyətinin kəskin pisləşməsini aclıqla və həbsxanada lazımi şəraitin olmaması ilə əlaqələndirib.

Dekabrın 19-da Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə Sakaşvilinin xaricdə müalicəsinə icazə verməyə çağırış edib. O, xüsusilə Milad bayramı ərəfəsində mərhəmət göstərilməsini xahiş edib.

2021-ci ilin sonunda Mixail Saakaşvili ilk dəfə etiraf edib ki, onun balaca qızı var. Qızın adı Elisa Mariyadır.

KİV-lərin məlumatına görə, qızın anası 2010-cu ildə Avroviziya yarışmasında 9-cu yeri tutmuş gürcü müğənnisi Sofo Nijaradzedir. O, 2020-ci ilin iyun ayında qızını dünyaya gətirib və ABŞ da yaşayıb.

Tacxeber.com

Oxşar xəbərlər