• 23 Noyabr 2024 03:16

Mərakeş futbolçuları mükafatlarından kasıbların xeyrinə imtina edib…

Mərakeş futbolçuları mükafatlarından kasıbların xeyrinə imtina edib...

Mərakeş milli yığmasının futbolçuları 2022-ci ilin Qətərdə keçirilən dünya çempionatında qazandığı bütün mükafatlardan imtina etməyə qərar verib.

Tacxeber.com xəbər verir ki, bu vəsaitlər Mərakeşdəki kasıb ailələrə yardıma yönələcək. Bundan öncə Mərakeş yığmasının yarımmüdafiəçisi Hakim Ziyeş 325 min mükafat pullarını kasıb həmvətənlərinə bağışlayıb.

Qeyd edək ki, Afrika komandası Qətərdəki mundialda dördüncü yeri tutub. Bürünc medal uğrunda oyunda mərakeşkilər Xorvatiya milli komandasına 1:2 hesabı ilə uduzub.

Mərakeş yığması dünya çempionatında 25 milyon dollar qazanıb. Lakin bu pulların hamısı xeyriyyə məqsədinə ayrılmayacaq. Futbolçuların mükafatı bu məbləğin yalnız bir hissəsidir. Yerdə qalan vəsaitlər öz fəaliyyətinə və ölkədə futbolun inkişafına yönələcək.

Xatırladaq ki, Qətərdəki mundialda Argentinanın milli yığması qalib gəlib. Final oyununda Cənubi Amerika komandası Fransa yığmasına oyundan sonrakı penaltilər seriyasında üstün gəlib. Əsas və əlavə oyun 3:3 hesabı ilə başa çatıb.

Tacxeber.com

Oxşar xəbərlər