İraqın Kərkük şəhərində bombalı hücum: 3 əsgər ölüb, 2 əsgər yaralanıb
İraqın Kərkük şəhərində İraq ordusunu hədəf alan bombalı hücum həyata keçirilib. Hücumda 3 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb. Hücumdan sonra bölgədə əməliyyat başladılıb. Tacxeber.com”HaberGlobal”a istinadən xəbər verir ki, İraqda təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücumlar davam edir. Kərkükün cənub-qərbindəki “Havice” rayonunun Zap bölgəsində İraq ordusuna aid hərbi maşının keçişi zamanı yola qoyulan bombanın partlaması nəticəsində 3 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb.
Hücumdan sonra bölgədə əməliyyat başlasa da, yaralı əsgərlər ətrafdakı xəstəxanalara aparılıb.
Ötən günlərdə Kərkükün “Havice” rayonunda da oxşar hücumda 9 əsgər həyatını itirib.
Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.