Çoxlarımızın adi unutqanlıq hesab etdiyi şeylər əslində Alzheimer xəstəliyinin ilkin əlamətləridir.
Bəli, düz eşitdiniz. Biz unutqanlığı adi bir hal hesab edirik. Səbəbini yorğunluq, əsəb və problemlərdə axtarırıq. Lakin bu beynimizdə inkişaf edən bir xəstəliyin əlaməti ola bilər. Maraqlıdır, bunu necə ayırd edək? Bu videoya hər kəs mütləq sona kimi baxsın. Sizə çox yardımçı olacaq. Elədisə, başladıq….
Alzheimer, beyin hüceyrələrinin məhvinə səbəb olan nevroloji xəstəlik növüdür. Düşüncə, yaddaş və davranış funksiyalarının azalmasına səbəb olan bu xəstəlik daha çox yaşla bağlı yaranır. İlkin mərəhələdə yalnız sadə unutqanlıqla özünü göstərir. Lakin zaman keçdikcə xəstənin yaxın keçmişdə baş verənləri unutmasına, ailə üzvlərini və yaxın ətrafını tanıya bilməməsinə qədər irəliləyə bilir.
Xəstəliyin daha inkişaf etmiş mərhələlərində xəstələr əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkərək baxıma ehtiyac duyurlar. Sosial bacarıqlar, davranışlar, məntiqli düşünmə qabiliyyətlərinə də zamanla mənfi təsir göstərir. Alzheimer xəstələri tez-tez bir insanla söhbət etmək qabiliyyətini itirir və verilən suallara və onları əhatə edən hadisələrə cavab verməkdə çətinlik çəkməyə başlayırlar. Xəstəlik daha çox 65 və daha yuxarı yaşda olan şəxsləri əhatə etsə də, gənc yaşlarda başlayan hallara da tez-tez rast gəlindiyi üçün onu qocalıq xəstəliyi kimi xarakterizə etmək olmaz.
Bəs bu xətəliyin qarşısını almaq üçün nələr etmək lazımdır?
Alzheymer xəstəliyindən qorunmaq üçün həyat tərzimzə diqqət yetirməliyik. Başlıca olaraq qidalanma, yuxu rejiminə fikir verməliyik. Stressdən mümkün qədər uzaq durmaq da alzheymer riskini minimuma endirir. Yaş artdıqca beyin funksiyaları bir qədər geriliyir, yaddaş zəifləyir. Bu geriliyi aradan qaldırmaq üçün mütləq qaydada mütəmadi olaraq zehni məşğələlər edilməlidir. Həkimlər xüsusilə krosvord həll etmək, müxtəlif şeir parçaları və aforizmlər əzbərləməyi tövsiyə edir. Qadınlar üçün isə ən yaxşı zehni məşğələ toxumaq hesab edilir.
Alzheymerin yaranmasının qarşısını tam olaraq almaq mümkün deyil. Onu zamanla neytrallaşdırmaq olur. Bunun üçün intellektual məşğələlər, müxtəlif yeni hobbilər və mütaliə çox vacibdir. Ekspertlər stolüstü oyunlar oynamağın da alzheymer zamanı çox effektiv olduğunu qeyd edir. Xüsusilə şaxmat oynamaq məsləhət görülür.
Sadalanan bu zehni məşqlər beyin neyronlarına müsbət təsir göstərir. Lakin ez tez xobbi dəyişikliyi həkimlər tərəfindən tövsiyə edilmir Çünki dəişilik halında eyi neyronları öz aralarında əlaqəni gec qura bilər. Bu isə zehni qabiliyyətə mənfi təsir edə bilər.
Yuxu…
Onsuz həyat yoxdur. Təsadüfi deyil ki, insan həyatının üçdə bir hissəsini yuxuda keçirir. Düzgün yuxu rejimi insan həyatında ən önəmli amillərdən biridir. Alzheymer xəstəliyin qarşısını alan ən başıca faktorlardan biri təbii ki sağlam yuxu rejimidir.
Bir qrup alimlər yuxunu fiziki amillərlə əlaqələndirir və belə hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif nahiyələri arasında paylanır.
Bəzi alimlərin düşüncəsinə görə isə cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəmlənir və əsəb sisteminə təsir göstərərək insanda yuxu halını meydana gətirir. Həmin maddə bədən tərəfindən tamamilə sorulana qədər bu hal davam edir. Buna əsasən də həmin alimlər yuxunu kimyəvi amil kimi dəyərləndirirlər.
Sosial cəhətdən fəal olmaq
Alimlər sosial, intellektual və fiziki aktivliyin alzheymeri minimuma endirdiyini qeyd edir. Xüsusilə qohumlar və dostlarla vaxt keçirmək dimensiyanın qarşısını alır. Tənha və cəmiyətdən təcrid olunmuş şəxslərin alzheymer riski digərlərindən 2 dəfə çoxdur.
Çəkinin normada saxlanması da alzheymerin düşmənlərindən biri hesab edilir. Araşdırmalara görə artq çəkidən əziyyət çəkənlər, digərlərinə nisbətdə daha tez alzheymerlə rastlaşır. Bunun üçün tez tez xüsusi pəhriz proqramlarına, yağsız qdalara üstünlük vermək tövsiyə edilir. Kəsəsi hər şeyin dadına baxmaq olar, lakin qədəridə və balanslı şəkildə. Qida rasionunu tam olaraq dietik məhsullarla doldurub yaşamaq mümkün deyil. Heç bir fərd bir ğmür boyu bna tab gtirə bilməz. Sadəcə balansı və qədərində qialanmaq lazımdır.
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir.
Mütəmadi fiziki məşğələlər..
Yaş artıqca insanarın mütləq şəkildə riayət etməli olduğu qydalardan biri də idmandır. Şərt o deyil ki, hər gün ağır məşqlərə gedəsiniz. Gündəlik yüngül idan hərəktləri və piyada gəzmək də sizin orqanzminizi gümrah saxlayacaq. Beyin neyonlarına müsbət təsir göstərəcək..