• 23 Noyabr 2024 05:09

“Bədənindəki qəlpələri çıxarmaq mümkün deyil” – Roqozinin həkimi danışdı

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin Donetskdə yaralanması ilə bağlı bəzi detallar dəqiqləşib.

Hadisə barədə danışan Roqozin 6-7 zərbə endirildiyini, mərmilərdən birinin partlamadığını bildirib.

“Bütün bu müddət ərzində biz bu oteldə qalmışıq. Mənim döyüşçülərim də yaralanıb. Biri komadadır, biri isə ölüb”, – deyə Roqozin Rusiyalı jurnalist Aleksandr Kotsla söhbətində bildirib.

“DXR”-in məlumatına görə, Roqozinin onurğasındakı qəlpəni çıxarmaq mümkün deyil. O, hazırda yerli xəstəxanadadır.

Həkimlər bildirib ki, Roqozin sağ çiyin nahiyəsindən qəlpə yarası alıb, qəlpə fəqərələrinə ilişib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər