• 23 Noyabr 2024 07:16

Saakaşviliyə Ukrayna dilində danışmağa icazə verilmədi

Saakaşviliyə Ukrayna dilində danışmağa icazə verilmədi

 

Tifis məhkəməsinin hakimi Georgi Arevadze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəmə iclasında Ukrayna dilində danışmasına icazə verməyib.

Tacxeber.com xəbər verir ki, Tiflisdəki özəl klinikadan onlayn şəkildə iclasa qatılan Saakaşvili hakimin qərarına etiraz edib.

“Mən Ukrayna vətəndaşıyam və Ukrayna dilində danışmaq hüququm var”, – eks-prezident deyib.

Hakim təqsirləndirilən şəxsin bu fikrinə cavab olaraq qeyd edib ki, Ukrayna vətəndaşlığına baxmayaraq, Saakaşvili Gürcüstanda işlərə gürcü dilində baxılan prosesdə iştirak edir.

Bundan əlavə, Arevadze vəkil Şalva Xaçapuridzeyə deyib ki, keçmiş prezidentin Ukrayna dilində danışacağını bildiyi üçün sinxron tərcümə etməli idi.

Hakim Saakaşvili ilə əlaqəni kəsmək qərarına gəlib və müdafiə tərəfinə sinxron tərcüməni təmin etmək üçün vaxt verib.

Əlavə edək ki, Tiflis Şəhər Məhkəməsi Saakaşvilinin səhhətinə görə onun azadlığa buraxılması ilə bağlı vəkillərinin vəsatətinə baxır.

Tacxeber.com

Oxşar xəbərlər