• 26 Noyabr 2024 00:10

Xalq artisti: “Vasif Talıbovun dövründə bir vatsap statusuna görə işdən çıxarıldım”

 

“Naxçıvanda xalq üçün ən qorxulu, ən amansız adam şəxsən Azər Zeynalovun özüdür”.

Tacxeber.com xəbər verir ki, bu sözləri BAKU TV-yə açıqlamasında Xalq artisti Həsən Ağasoy deyib.

Sənətkar Muxtar Respublikanın keçmiş sədri Vasit Talıbovun hakimiyyəti dövründə başına gətirilən müsibətlərdən söz açıb. O, bir vatsap statusuna görə çalışdığı teatrdan çıxarıldığını, aylarla işsiz qaldığını açıqlayıb.

Aktyor həmin dövrdə hazırda Vasif Talıbovun səlahiyyətlərini icra edən Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun tapşırığı ilə televiziyalarda onun rol aldığı tamaşaların yayımdan qaldırıldığını, səsləndirdiyi şeirlərin efirə verilmədiyini əlavə edib.

Oxşar xəbərlər