2023-cü ildə Yeddilik Qrupu (G7) ölkələri Ukraynaya 32 milyard dollara qədər maliyyə yardımı göstərəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirlərinin bəyanatında bildirilir.
“2023-cü il üçün biz artıq Ukraynaya büdcə və iqtisadi dəstək üçün 32 milyard dollara qədər vəsait topladıq və irəliləyiş əldə etməkdə davam edirik”, – bəyanatda deyilir.
Məlumata görə, bu məbləğə digər şeylərlə yanaşı, Avropa İttifaqının göndərəcəyi 18 milyard avro və Konqresin bu həftə təsdiq edə biləcəyi ABŞ yardımı daxildir .
G7 ölkələri də Kiyevə yardımın göstərilməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər .
Bundan əvvəl G7 ölkələrinin dövlət və hökumət başçıları Kiyevə “lazım olduğu qədər” hərbi və maliyyə dəstəyi verməyə hazır olduqlarını bildiriblər .