İtaliyanın Baş naziri Ukraynaya səfər etməyi planlaşdırır Siyasət 23 Dekabr 2022 09:38 129 İtaliyanın baş naziri Corciya Meloni 2023-cü ilin əvvəlində baş tuta biləcək Ukraynaya səfər etmək arzusunu dilə gətirib. Bu barədə Tacxeber.com İtaliyanın Rai telekanalına istinadən xəbər verir. “Mən bu səfəri gələn ilin ilk aylarında etmək istərdim”, – o, Kiyevə mümkün səfərlə bağlı suala müsahibəsində deyib. İtaliya hökumətinin başçısı yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığını da anons verib: “Mən Zelenskini eşitməliyəm, diplomatik nümayəndəliklərimiz danışığın Miladdan əvvəl baş tutması üçün əlaqədədir”. Tacxeber.com