• 19 Sentyabr 2024 21:13

Gilas və “Bakkuş”a pulu çatmayan, əjdaha ilə video çəkənlər… – DEPUTATLARIN 2022-DƏKİ QALMAQALLARI

Bir neçə gün sonra geridə qoyacağımız 2022 Azərbaycanın ictimai-siyasi həyatında müxtəlif hadisələrlə yadda qaldı. Pandemiyadan qalan vərdişlərin geridə qaldığı bir il kimi xarakterizə olunan 2022-də ölkə gündəmi bir çox hadisələrlə çalxalandı.

Bu il təkcə hadisələrin çoxluğu ilə deyil, həm də müxtəlifmövzuların müzakirələri ilə də yaddaşlarda iz buraxdı.

2022-də Milli Məclisin bir neçə üzvünün çıxışı sosial şəbəkələrdə gündəm olmaqla yanaşı, uzun müddət müzakirələrə də səbəb oldu.

AZXEBER.COM olaraq 2022-də çıxışları ilə gündəm olan Millət Vəkillərinin çıxışlarını topladıq.

 

 

İlin əvvəlindən deputat Tahir Kərimlinin məşhur şeiri gündəmi bir xeyli məşğul etməyə yetdi. O, oyuncaq əjdaha ilə video çəkərək, onu hədələyənlərə mesaj göndərdi: “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.

 

2022-ci ilin iyun ayında Milli Məclisin deputatı Fəzail Ağamalının açıqlaması da gündəmi bir xeyli məşğul edən açıqlamalardan biri oldu. Deputatın “Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm. Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!” fikiri sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. İnsanlar bu fikirləri səmimi qəbul etməmiş, nəticədə Fəzail Ağamalının “gilas” mövzusu gündəmin əsas mövzularından birinə çevrilmişdi.

 

2022-ci ilin qalmaqallı parlamentarilərindən biri də Rüfət Quliyev olub. Deputatın siqaret qiymətlərinin bahalaşması ilə bağlı dediyi sözlər birmənalı qarşılanmamışdı: “Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın”. Məhz bu fikirlərə görə deputat bir müddət sosial şəbəkə istifadəçilərin ən çox hədəf aldıqları sırasına daxil olmuşdu.

Rüfət Quliyevin müzakirələrə səbəb olan daha bir çıxışı isə parlamentdə səsləndirdiyi fikir olmuşdu. Onun supermarketlərdə “Bakkuş”un qiyməti ilə bağlı çıxışı da müzakirəyə səbəb oldu: “1 manat 45 qəpiyə “Bakkuş” satılır. Onu götürüb, deyirsən ki, gedim yetim-yesirin uşaqlarına verim, sevindirim. Gəlirsən kassaya, bir də baxırsan ki, bakkuş 1 manat 90 qəpikdi. Bu piştaxtadan kassaya kimi necə qalxdı? Belə inflyasiya Keniyada belə olmur!”.

2022-nin qalmaqallı deputatlarından biri də Elman Nəsirovdur. Deputatın sosial şəbəkə hesabında paylaşdığı özünün idmançı imicindəki fotosu da bir xeyli müzakirə edildi. Elman Nəsirov daha sonra fotosu ilə bağlı açıqlama verərək “Photoshop” olmadığını və idmanla məşğul olduğunu açıqladı: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə 08:00-da, trenajora isə 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

 

 

Elman Nəsirov təkcə fotosu ilə deyil, açıqlamaları ilə də 2022-də ən çox hədəf alınan deputatlardan biri olmuşdu. Siqaretin ziyanları haqqında danışan deputatın “Çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölmüşdür” sözləri sosial şəbəkələrdə gülüş obyektinə çevrildi: “İndiyədək siqaret çəkməkdən heç kim xeyir görməyib və siqaretin vurduğu ziyan haqqında da hər kəs məlumatlıdır.

 

Fikirləri ilə müzakirələrə səbəb olanlar arasında sabiq deputat Hüseynbala Mirələmovun da adını çəkməmək olmaz. Köməkçisinə qarşı “Zoom” iclasındakı hərəkəti ilə gündəm olan və uzun müddət sosial şəbəkə istifadəçilərinin hədəfindən düşməyən eks-deputat “Tik-Tok”un bağlanması ilə bağlı fikir səsləndirdi: “Əgər əlimdə səlahiyyət olsaydı, “TikTok”u bağladardım”.

 

Tacxeber.com

Oxşar xəbərlər