Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyada həmkarı Sergey Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb.
Tacxeber.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Nazir bildirib ki, tərəflər ikitərəfli münasibətlər, o cümlədən təhlükəsizlik, iqtisadi, humanitar və nəqliyyat əlaqələri barədə danışıblar:
“Mən bir daha Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyətlərdən narahatlığımı bildirdim və etirazçıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladım”.