• 23 Noyabr 2024 04:08

Bayden ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsini təsdiq edib

Bayden ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsini təsdiq edib

 

ABŞ Prezidenti Cozef Bayden 2023-cü maliyyə ili üçün 858 milyard dollar məbləğində müdafiə büdcəsini imzalayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl müvafiq qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.

Sənəd, digər məsələlərlə yanaşı, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Avropada Rusiyaya qarşı yönəlmiş məhdudiyyətlər üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.

Tacxeber.com

Oxşar xəbərlər