• 23 Noyabr 2024 02:36

Erməni deputat Paşinyan hökumətini səfil və dilənçi adlandırdı

 

Parlamentin “Ermənistan” fraksiyasının üzvü Aqvan Vardanyan bu gün Milli Assambleyada şad xəbəri olduğunu bildirib.

Tacxeber.com xəbər verir ki, Ağvan Vardanyanın ilk sevindirici xəbəri bu olub: “Artıq  bundan sonra hakim “Vətəndaş sazişi” olmayacaq”.

Erməni deputatın ikinci “sevindirici informasiyası”na görə isə  “Ermənistan 90-cı illərdə olduğu kimi, hər mənada blokdan çıxacaq. Ermənistan və “artsax” (Qarabağdakı qondarma, separatçı rejimə qoyulan ad-red.)  regionda ciddi faktorlara çevriləcək”.

Müxalifətçi deputatın sözlərinə görə, hazırkı Ermənistan hakimiyyəti dilənçiliklə – başqalarına yalvarmaqla məşğuldur.

“Dilənçilərə hörmət edilmir, onlara yazığı gəlirlər”, – deyə deputat bildirib.

Parlamentin spikeri Alen Simonyan buna cavab olaraq Vardanyanın bu  çıxışını hələ 2007-ci ildə etdiyini xatırladıb.

 “Sizin dediklərinizin hamısı doğru idi, lakin bu, 2006-2007-ci illərə aiddir”,-deyə erməni spiker söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər